...

MDB XİN rəhbərləri çoxplanlı əməkdaşlığı müzakirə edəcəklər

Dünya xəbərləri Materials 31 Mart 2016 17:17 (UTC +04:00)

Bakı. Trend:

MDB Xarici İşlər Nazirləri Şurasının iclası aprelin 8-də Moskvada keçiriləcək. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, nazirlər çoxplanlı əməkdaşlığı, xarici siyasət koordinasiyasının möhkəmləndirilməsini müzakirə edəcəklər.

M.Zaxarova qeyd edib ki, hərbi baxımdan minadan təmizləmə sahəsində mütəxəssislərin hazırlanması da nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti