...

İran neft hasilatının dondurulmasına hazırdır

Dünya xəbərləri Materials 7 May 2016 12:27 (UTC +04:00)
Tehran neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklifə qoşulmağa hazırdır.
İran neft hasilatının dondurulmasına hazırdır

Bakı. Elçin Hüseynov - Trend:

Tehran neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklifə qoşulmağa hazırdır.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Press TV" telekanalına İranın Milli Neft Şirkətinin (NİOC) adı açıqlanmayan nümayəndəsi bildirib.

O qeyd edib ki, İran neft hasilatında istədiyi istehsal həcmlərinə artıq catıb və bu halda ilin əvvəlində səslənən təklifə qoşula bilər.

Daha əvvəl Tehran neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklifə rədd cavab verirdi. İran rəsmiləri bildirirdilər ki, ölkə istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə (təxminən sutkada 4 milyon barel) kimi qaldırmaq niyyətindədir.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralda neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklifi ediblər. Onlar bəyan ediblər ki, bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar.

Dohada aprelin 17-də keçirilən Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısında mövqelərin fərqləndiyindən müsbət nəticə əldə olunmadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti