Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə yeganə namizəd olub. Trend-in TRT telekanalına istinadən verdiyi məlumata görə, bunu partiyanın nümayəndəsi Ömər Çelik deyib.
Mayın 22-də Türkiyədə AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Qurultayda partiyanın yeni sədri seçiləcək. Adətən Türkiyədə partiya sədri, həmçinin Baş naziri olur.