...

Türkiyənin cənub-şərqində partlayış baş verib, ölən və yaralanan var

Dünya xəbərləri Materials 30 May 2016 21:40 (UTC +04:00)
Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətində partlayış baş verib.
Türkiyənin cənub-şərqində partlayış baş verib, ölən və yaralanan var

Bakı.Trend:

Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətində partlayış baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

Yaralanlar arasında 5 nəfər polis əməkdaşıdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin ehtimala görə, partlayıcı qurğu kanalizasiya lyukuna quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti