...

Ərdoğan: Türkiyə terrorizmə qarşı sonuna qədər mübarizə aparacaq

Dünya xəbərləri Materials 7 İyun 2016 14:12 (UTC +04:00)
İstanbulda baş verən partlayış zamanı yaralanan 36 nəfərdən ikisinin vəziyyəti ağırdır.
Ərdoğan: Türkiyə terrorizmə qarşı sonuna qədər mübarizə aparacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda baş verən partlayış zamanı yaralanan 36 nəfərdən ikisinin vəziyyəti ağırdır. Trend TRT Haber telekanalına istinadən məlumat verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

Ərdoğan bəyan edib ki, Türkiyə terrorizmə qarşı sonuna qədər mübarizə aparacaq və heç nə onu bu yoldan saxlaya bilməz.

Xatırladaq ki, bu gün səhər saatlarında İstandulda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölən şəxslər arasında 1 nəfər azərbaycanlı olduğu da bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti