Bakı. Rufiz Hafizoğlu - Trend:
Ermənistan Türkiyənin 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmaq haqqında çağırışına səs verməlidir. Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Administrasiyadan qeyd ediblər ki, Almaniya Türkiyə ilə birgə komissiyanın yaradılması məsələsi üzrə Ermənistana təzyiq göstərməli idi: "Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün bütün arxivlərini açdı. Əgər Ermənistanın arxivləri varsa, onları açmalıdır".
Administrasiyadan əlavə ediblər ki, 1915-ci il hadisələrini araşdırmaq üçün Ermənistanın birgə komissiyanın yaradılması ilə razlaşmaması heç bir "erməni soyqırımı"nın olmadığını göstərir.