...

Qarət etmək istədilər, ikisi öldürüldü, biri tutuldu

Dünya xəbərləri Materials 13 İyun 2016 07:08
Meksikada üç nəfər avtobus sərnişinlərini qarət etmək istədi, ancaq səyləri uğursuz alındı.
Qarət etmək istədilər, ikisi öldürüldü, biri tutuldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Meksikada üç nəfər avtobus sərnişinlərini qarət etmək istədi, ancaq səyləri uğursuz alındı.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, qarətçilərdən ikisi öldürülüb, biri isə tutulub.

Hadisə Paçuka şəhərindən Mexikoya gedən reys avtobusunda baş verib. Silahlı quldurlar sərnişinlərin pullarını və qiymətli əşyalarını almağa başlayıblar. Onlardan biri, guman ki, müqavimətlə üzləşərək, atəş açmaq qərarına gəlib, ancaq qarət yoldaşını təsadüfən güllələyib. Bundan sonra sərnişinlər (təxminən 30 nəfər) ikinci quldurun üstünə cumaraq, onu ölümünə qədər döyüblər.

Xəsarət alan üçüncü qarətçi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti