Bakı. Elçin Hüseynov - Trend:
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaların müddəti növbəti dəfə uzadılacaq.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk mətbuat konfransında bildirib.
O deyib ki, sanksiyalar Minsk razılaşmaları ilə əlaqələndirilməlidir: "Əminəm ki, biz sanksiyaların müddətini uzadacağıq. Hesab edirəm ki, sanksiyaların müddətinin uzadılmasına dair qərar Aİ Şurasının iclasından əvvəl, yəni daha aşağı səviyyədə də qəbul oluna bilər".
D.Tusk bildirib ki, bu məsələ artıq mübahisə mövzusu deyil.