...

Türkiyədə avtomobil dayanacağında yanğın: 70-ə yaxın avtomobil yanıb

Dünya xəbərləri Materials 16 İyun 2016 21:27 (UTC +04:00)
Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib
Türkiyədə avtomobil dayanacağında yanğın: 70-ə yaxın avtomobil yanıb

Bakı. Trend:

Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Məlumata görə, hadisə nəticəsində 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb.

Yanğını təxminən iki saatdan sonra söndürmək mümkün olub.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti