...

Brüsselli terrorçu ruhi xəstə imiş

Dünya xəbərləri Materials 21 İyun 2016 15:20
İyunun 21-i səhər Brüsseldə elan edilmiş terror həyəcanı yanlış olub.
Brüsselli terrorçu ruhi xəstə imiş

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

İyunun 21-i səhər Brüsseldə elan edilmiş terror həyəcanı yanlış olub. Bu barədə Trend Belçikanın "DH.be" saytına istinadən xəbər verir.

Saxlanılmış şəxsdə partlayıcı maddə aşkarlanmayıb, "şəhid kəməri" isə mulyaj çıxıb. İlkin versiyaya əsasən, saxlanılan şübhəli şəxs ruhi xəstədir.

Qeyd edək ki, "terrorçu" Brüsselin ən böyük ticarət komplekslərindən birinin qarşısından polisə zəng edərək "şəhid kəməri" ilə mərkəzə daxil olmaq istədiyini bildirib.

Belçikanın Baş baziri Şarl Mişel bəyan edib ki, ölkədə vəziyyət nəzarət altındadır, təhlükəsizlik qüvvələri isə yüksək hazırlıq vəziyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti