...

Martin Şults: "Aİ-nin yaxşılaşmasına və avronun müdafiəsinə dair qərarlar qəbul edilməlidir"

Dünya xəbərləri Materials 24 İyun 2016 13:48 (UTC +04:00)
Böyük Britaniyada keçirilmiş referendumdan (Brexit) sonra Avropa İttifaqı (Aİ) ölkələri İttifaqın yaxşılaşmasına və avronun bazar təzyiqlərindən müdafiəsinə dair qərarlar qəbul etməlidirlər.
Martin Şults: "Aİ-nin yaxşılaşmasına və avronun müdafiəsinə dair qərarlar qəbul edilməlidir"

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyada keçirilmiş referendumdan (Brexit) sonra Avropa İttifaqı (Aİ) ölkələri İttifaqın yaxşılaşmasına və avronun bazar təzyiqlərindən müdafiəsinə dair qərarlar qəbul etməlidirlər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) sədri Martin Şults bəyan edib.

O bldirib ki, AP iyunun 28-də keçiriləcək təcili sessiyasında Böyük Britaniyanın Aİ-ni tərk etməsini qiymətləndirən qətnaməni müzakirə edəcək.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti