...

XXI əsrdə ilk dəfə: öküz toreodoru öldürdü

Dünya xəbərləri Materials 10 İyul 2016 07:02 (UTC +04:00)
29 yaşlı ispan toreodor Viktor Barrio nümayiş zamanı öküzün zərbəsindən həlak olub
XXI əsrdə ilk dəfə: öküz toreodoru öldürdü

Bakı. Trend:

29 yaşlı ispan toreodor Viktor Barrio nümayiş zamanı öküzün zərbəsindən həlak olub.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, İspaniyada 1985-ci ildən matadorun arenada ölməsi ilə nəticələnən ilk hadisədir.

Öküzün buynuzu ilə zərbə endirməsindən yerə yıxılan toreodor xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Sabah arenada nümayişlər bir dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, İspaniyada son 100 il ərzində öküz zərbələrindən 34 peşəkar matador ölüb.

Xəbər lenti

Xəbər lenti