...

Türkiyə Gülənin ektradisiyası üçün ABŞ-a daha bir sorğu göndərdi

Dünya xəbərləri Materials 2 Avqust 2016 14:45 (UTC +04:00)
Türkiyə Fətullah Gülənin ektradisiyası üçün ABŞ-a daha bir sorğu göndərib.
Türkiyə Gülənin ektradisiyası üçün ABŞ-a daha bir sorğu göndərdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Fətullah Gülənin ektradisiyası üçün ABŞ-a daha bir sorğu göndərib.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin ədliyyə naziri Bəkir Bozdağa istinadən xəbər verib.

Bildirilir ki, ötən həftə Türkiyə Gülənin ektradisiyası onun hərbi çevrilişə bağlı olduğunu təsdiq edən daha bir sorğu göndərib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti