...

Rusiyalı turistlər Türkiyədə yenə çoxalacaq

Dünya xəbərləri Materials 29 Avqust 2016 12:24 (UTC +04:00)
Rusiya turoperatorları Türkiyə istiqamətində paket turlarının formalaşdırılmasına başlayıb.
Rusiyalı turistlər Türkiyədə yenə çoxalacaq

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya turoperatorları Türkiyə istiqamətində paket turlarının formalaşdırılmasına başlayıb. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Turopertorlar Assosiasiyasının (RTA) məlumatında deyilir.

Bu gündən etibarən turoperatorlar saytlarında Türkiyəyə istirahət paketləri haqqında təklifləri yerləşdirəcəklər. RTA hesab edir ki, mövsümün sonuna görə sentyabr və oktyabr aylarında Türkiyəyə istirahətə gedən rusiyalıların sayı elə də çox olmayacaq.

Assosiasiyanın ekspertlərinin rəyinə görə, çarter aviauçuşlarının işə salınması turpaketlərin 20-30 % ucuzlaşmasına gətirəcək. Eyni zamanda, mövsümün sonunda Türkiyə hotel sahibləri qiymətlərin ucuz təklif olunmasında maraqlı olacaqlar.

Qeyd edək ki, Tükiyə və Rusiya arasında çarter aviauçuşlarına məhdudiyyət avqustun 28-i ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti