Bakı. Orxan Quluzadə - Trend:
Avropa İttifaqı (Aİ) təşkilata üzv və qonşu ölkələrdə hərbi çevrilişlərin əleyhinədir.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini deyib.
Onun sözlərinə görə, Aİ Türkiyənin demokratik yolla seçilmiş hökumətini dəstəkləyir.