...

Mosul əməliyyatının 3-cü günü: 100 İŞİD-çi öldürüldü

Dünya xəbərləri Materials 19 Oktyabr 2016 12:58 (UTC +04:00)
Vaşinqton bəyan edib ki, İŞİD terror təşkilatı kimyəvi silahdan istifadə edə bilər.
Mosul əməliyyatının 3-cü günü: 100 İŞİD-çi öldürüldü

Bakı. Trend:

Mosulun azad edilməsi əməliyyatının üçüncü günündə rəsmi Vaşinqton bəyan edib ki, İŞİD terror təşkilatı kimyəvi silahdan istifadə edə bilər.

Trend xəbər verir ki, bölgədəki mənbələrdən alınan məlumatlara görə, əməliyyatın başladığı gündən bu vaxtadək 100 İŞİD üzvü öldürülüb.

Terror təşkilatının mülki əhalinin şəhəri tərk etməməsi üçün qorxutmaq məqsədilə şəhərin çıxışında 20 kəsilmiş insan başı asdığı bildirilir.

Bundan başqa, "Peşmərgə" qüvvələri qadın paltarı geyinərək qaçmağa çalışan bir neçə İŞİD-çini saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti