...

Almaniyada bort bələdçilər etiraz etdi - 380 reys təxirə düşdü

Dünya xəbərləri Materials 27 Oktyabr 2016 09:18 (UTC +04:00)
Almaniyanın "Eurowings" və "Germanwings" aviaşirkətlərinin bort bələdçilərinin gecə başlayan tətili təxminən 380 reysin təxirə salınmasına səbəb olub.
Almaniyada bort bələdçilər etiraz etdi - 380 reys təxirə düşdü

Bakı. Trend:

Almaniyanın "Eurowings" və "Germanwings" aviaşirkətlərinin bort bələdçilərinin gecə başlayan tətili təxminən 380 reysin təxirə salınmasına səbəb olub.

Trend xarici mətbuata istinadən məlumat verir ki, etiraz aksiyası "Lufthansa" konserninin büdcəsini təhlükə altına atıb. Belə ki, "Eurowings" və "Germanwings" aviaşirkətləri onun törəmələri sayılır.

Təxirə salınan reyslər arasında Berlindən Moskvaya olan reyslər də var.

Tətilə bort bələdçilərinin müstəqil həmkarlar təşkilatı çağırıb. Etirazın səbəbi əmək şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti