...

XİN: İranın elmi potensialı güclü dövlətləri Tehranla nüvə sazişi imzalamağa məcbur etdi

Dünya xəbərləri Materials 28 Oktyabr 2016 10:41 (UTC +04:00)
İranın elmi imkanlarının qarşısını almaq olmaz, çünki nüvə sahəsində elmi potensialı güclü dövlətləri Tehranla danışıqlar masasının arxasına oturmağa məcbur etdi.
XİN: İranın elmi potensialı güclü dövlətləri Tehranla nüvə sazişi imzalamağa məcbur etdi

Bakı. Trend:

İranın elmi imkanlarının qarşısını almaq olmaz, çünki nüvə sahəsində elmi potensialı güclü dövlətləri Tehranla danışıqlar masasının arxasına oturmağa məcbur etdi.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas Əraqçi deyib.

A.Əraqçi əlavə edib ki, ötən il İran və dünya liderləri arasında nüvə sazişinin imzalanması nəticəsində dünya rəsmi şəkildə İranın nüvə proqramını tanıdı.

O, həmçinin bildirib ki, İranın müdafiə gücü Qərbin ölkənin nüvə obyektlərinə zərbə endirmək niyyətinin qarşısını aldı: "Buna görə də onlar İranla nüvə proqramını müzakirə etmək üçün danışıqlar masasının arxasına oturmağa məcbur oldular".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti