...

Binəli Yıldırımdan Trampa çağırış: Fəthullah Güləni ekstradisiya edin

Dünya xəbərləri Materials 9 Noyabr 2016 13:11 (UTC +04:00)
Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib
Binəli Yıldırımdan Trampa çağırış: Fəthullah Güləni ekstradisiya edin

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib və onu Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir:

"Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti