...

Müştəri kafedə soyğunçuları güllələdi

Dünya xəbərləri Materials 16 Noyabr 2016 11:32 (UTC +04:00)
Pitsa-kafeyə gələn silahlı şəxs bir soyğunçunu öldürüb, digərini yaralayıb.
Müştəri kafedə soyğunçuları güllələdi

Bakı. Trend:

ABŞ-ın Pensilvaniya ştatının Levittaun şəhərində pitsa-kafeyə gələn silahlı şəxs bir soyğunçunu öldürüb, digərini yaralayıb.

Bu barədə Trend NBC telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, iki soyğunçu kafeyə daxil olarkən orada iki işçi və həmin müştəri olub. Soyğunçular müştəriyə tapança ilə zərbə vurublar. Bu an müştəri soyğunçulara atəş açıb, nəticədə onlardan biri ölüb, digəri yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti