...

Türkiyə konstitusiyasına dəyişikliklər sabah parlamentin müzakirəsinə çıxarılacaq

Dünya xəbərləri Materials 9 Dekabr 2016 17:58 (UTC +04:00)
Türkiyə konstitusiyasına ediləcək dəyişikliklər layihəsi sabah Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.
Türkiyə konstitusiyasına dəyişikliklər sabah parlamentin müzakirəsinə çıxarılacaq

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə konstitusiyasına ediləcək dəyişikliklər layihəsi sabah Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən məlumatına görə, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, konstitusiyaya dəyişikliklər ölkəni daha da güclü edəcək.

Qeyd edək ki, Konstitusiyaya təqdim olunan dəyişikliklərə əsasən, Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi nəzərdə tutulur.

Dəyişikliklərin qəbul olunması üçün parlamentdə 367 millət vəkili layihənin lehinə səs verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti