...

Bolqarıstanda qatar relsdən çıxıb - ölən və yaralananlar var

Dünya xəbərləri Materials 10 Dekabr 2016 11:17 (UTC +04:00)
Propan-butan dolu qatar Bolqarıstanın Xitrino yaşayış məntəqəsində qəzaya uğrayib.
Bolqarıstanda qatar relsdən çıxıb - ölən və yaralananlar var

Bakı. Trend:

Propan-butan dolu qatar Bolqarıstanın Xitrino yaşayış məntəqəsində qəzaya uğrayib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Yük dolu 26 vaqonun relslərdən çıxması nəticəsində güclü partlayış baş verib. 4 nəfər həlak alıb, azı 20 nəfər yaralanıb.

Güclü partlayış nəticəsində ətrafdakı tikililərdə də dağıntı olub, 12 nəfəri uçqun altından çıxarıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər və yanğınsondürmə briqadaları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti