...

Türkiyədə əməliyyat - 33 İŞİD-çi saxlanılıb

Dünya xəbərləri Materials 16 Dekabr 2016 11:45 (UTC +04:00)
Türkiyənin Konya vilayətində hüquq-mühafizə orqanları İŞİD terror təşkilatına qarşı geniş əməliyyat keçirib.
Türkiyədə əməliyyat - 33 İŞİD-çi saxlanılıb

Bakı. Trend:

Türkiyənin Konya vilayətində hüquq-mühafizə orqanları İŞİD terror təşkilatına qarşı geniş əməliyyat keçirib.

Trend-in vilayət polis idarəsinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində qruplaşmaya üzv olmaqda şübhəli bilinən 33 nəfər saxlanılıb.

Əməliyyatlarda 200 polis iştirak edib. Axtarış zamanı evlərdən İŞİD-lə bağlı təbliğat sənədləri aşkar edilib.

Bundan əvvəl Konya prokurorluğu 43 nəfərin həbsi ilə bağlı təlimat verib. Digər 10 nəfərin axtarışları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti