...

Yıldırm: Karlovun qətlində təqsirkarlar cəzalandırılacaq

Dünya xəbərləri Materials 22 Dekabr 2016 18:49 (UTC +04:00)
Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb.
Yıldırm: Karlovun qətlində təqsirkarlar cəzalandırılacaq

Bakı. Trend:

Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb.

Trend-in "TASS" agentliyinə istinadən məlumatına görə, baş nazir cinayəti törədənlərin layiqli cəzaların alacağını qeyd edib.

B.Yıldırım yazıb: “Bu mənfur qətllə ölkələrimiz arasında münasibətlərə zərər vurmaq istəyənlər öz məqsədlərinə çatmayacaq. Bu məsələdə təqsiri olanlar bir-bir aşkar olunacaq və layiqli cəzanı alacaq”.

Baş nazir A.Karlovun iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini və Türkiyə-Rusiya dostluğunun əbədi rəmzi olaraq qalacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti