...

İstanbulda gecə klubuna silahlı basqın: 39 ölü, 69 yaralı (FOTO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 1 Yanvar 2017 09:13 (UTC +04:00)
İstanbulda gecə klubuna silahlı basqın olub.
İstanbulda gecə klubuna silahlı basqın: 39 ölü, 69 yaralı (FOTO) (YENİLƏNİB-2)

Bakı. Trend:

İstanbulda gecə klubuna silahlı basqın zamanı ölənlərin sayı 39, yaralananların sayı isə 69 nəfərə çatıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

X X X

04:35

İstanbulda gecə klubuna silahlı basqın zamanı ölənlərin sayı 35, yaralananların sayı isə 40 nəfərə çatıb.

"Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul valisi bildirib.

Silahlı hücumun terror aktı olduğu qeyd edilib.

X X X

04:14

İstanbulda gecə klubuna silahlı basqın zamanı 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir.

X X X

03:22

İstanbulda gecə klubuna silahlı basqın olub.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaralılar var.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti