...

İraq da OPEK-in qərarına "təslim oldu"

Dünya xəbərləri Materials 5 Yanvar 2017 16:13 (UTC +04:00)
Bu ildən etibarən İraq neft hasilatını azaldır.
İraq da OPEK-in qərarına "təslim oldu"

Bakı. Trend:

Bu ildən etibarən İraq neft hasilatını azaldır.

Trend "RİA Novosti"yə istinadən məlumat verir ki, bu barədə İraqın neft naziri Cabar əl-Laibi açıqlama verib. Onun sözlərinə görə, bu qərar OPEK sazişinə əsasən qəbul olunub.

Nazir bildirib ki,hasilatın azaldılması dünya bazarlarında neftin qiymətinin artmasından sonra dayandırılacaq.

Qeyd edək ki, ötən ilin noyabrında OPEK neft hasilatını sutkada 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrel həddində müəyyən etmişdi. İraq əvvəlcə bu razılaşmaya qoşulmasa da, sonradan hasilatı azaltmağa razılıq vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti