...

Çində kömür mədənində partlayış nəticəsində 12 nəfər ölüb

Dünya xəbərləri Materials 6 Yanvar 2017 07:05 (UTC +04:00)
Çinin Henan əyalətində kömür mədənlərinin birində qaz sızması nəticəsində partlayış baş verib
Çində kömür mədənində partlayış nəticəsində 12 nəfər ölüb

Bakı. Trend:

Çinin Henan əyalətində kömür mədənlərinin birində qaz sızması nəticəsində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 12 nəfər həlak olub.

Xəbərdə qeyd olunur ki, partlayış zamanı mədəndə 51 nəfər olub, onlardan 39-u mədəndən çıxmağı bacarıb. Xilasetmə əməliyyatı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti