Bakı. Trend:
Türkiyə Böyük Millət Məclisi ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin 3-сü maddəsini qəbul edib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, səsverməyə 485 deputat qatılıb. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib.
Layihənin 3-ci maddəsinə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir.