Bakı. Trend:
Türkiyə şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğradığı yerdə 31 nəfərin meyiti tapılıb.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Qırğızıstan Prezidentinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.