Bakı. Trend:
Qambiyanın sabiq prezidenti Yaya Camme istefa verməyə və ölkəni tərk etməyə razılıq verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qambiyanın yeni seçilmiş prezidentinin müşaviri May Əhməd Fati deyib.
Məlumatda deyilir ki, Fati Qambiyanın yeni prezidentinin "Twitter"də Cammenin istefasına dair yazdığı şərhi təsdiq edib.