...

Öküzə görə polislə etirazçılar arasında toqquşma - 60 yaralı

Dünya xəbərləri Materials 23 Yanvar 2017 17:43 (UTC +04:00)
Hindistanda ənənəvi öküzün ram edilməsi oyunlarının qadağan edilməsi genişmiqyaslı etirazlara səbəb olub.
Öküzə görə polislə etirazçılar arasında toqquşma - 60 yaralı

Bakı. Trend:

Hindistanın Çennay şəhərində ənənəvi öküzün ram edilməsi oyunlarının qadağan edilməsi genişmiqyaslı etirazlara səbəb olub.

Trend-in məlumatına görə, oyunların keçirilməsinin tərəfdarları son bir həftə ərzində qərarın ləğv olunması tələbi ilə aksiyalar keçiriblər.

Bu gün Çennay polisi aksiyanı dağıtmağa çalışarkən etirazçılarla onlar arasında toqquşmalar baş verib. Nəticədə azı 60 nəfər xəsarət alıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hadisə ilə əlaqədar 80 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti