...

Tramp: KİV-lər miqrasiya ilə bağlı fərmandan yalnış məna çıxardıb

Dünya xəbərləri Materials 30 Yanvar 2017 02:43 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, KİV-lər onun miqrasiya ilə bağlı fərmandan yalnış məna çıxardıb.
Tramp: KİV-lər miqrasiya ilə bağlı fərmandan yalnış məna çıxardıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, KİV-lər onun miqrasiya ilə bağlı fərmandan yalnış məna çıxardıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın yaydığı açıqlamada bildirilir.

Bəyanatda deyilir:

"Aydın demək istəyirəm ki, bu, KİV-lərin yalnış yaydığı kimi, müsəlmanlara qarşı yönələn qadağa deyil. Bu məsələ dinlə bağlı deyil. Ölkəmizdə terror və təhlükəsizlik məsələsidir. Dünyada 40-dan çox müsəlmanların çoxluq təşkil etdiyi ölkə mövcuddur və onlara bu fərmanının aidiyyatı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti