...

Zavodda güclü yanğın: 100-dən çox işçi xəsarət alıb

Dünya xəbərləri Materials 2 Fevral 2017 10:02 (UTC +04:00)

Bakı. Trend:

Filippinin paytaxtı Maniladadan cənubda zavodda baş vermiş güclü yanğın nəticəsində 100-dən çox işçi xəsarət alıb, 3 nəfər itkin düşmüş hesab edilir.

Trend-in "Assoşieyted Press" agentliyinə istinadən verdiyi məlumata görə, "House Technology Industries" şirkətinə məxsus üçmərtəbəli binada başlamış yanğını 18 saatdan sonra nəzarətə götürmək mümkün olub. Lakin yanğın hələ tam söndürülməyib.

Müəssisə əməkdaşları xilas olmaq üçün özlərini pəncərədən atıblar.

Yanğının istilik keçirməyən materialların hazırlanması üçün nəzərdə tutulmuş mexanizmlərdən birinin həddindən artıq qızması nəticəsində baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti