...

Rumıniyada hökümətin istefasını tələb edirlər

Dünya xəbərləri Materials 6 Fevral 2017 00:37 (UTC +04:00)

Bakı. Trend:

Təxminən 500 min nəfər hökümət əleyhinə etiraz aksiyasının 6-cı günü Rumıniya küçələrinə çıxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rumıniyanın Nazirlər Kabineti Cinayət məcəlləsinə düzəlişləri ləğv etməyinə baxmayaraq mitinqlər davam edir. Bu etiraz aksiyasını yerli mətbuat son 25 ildə ən böyük etiraz aksiyası adlandırıb.

Nümayişçilər hökümətə inanmadiqlarını bildirir və hökümətin istefasını tələb edirlər.

Bundan əvvəl Rumıniyanın baş naziri Sorin Qrindyanu yerli telekanala müsahibəsində istefaya getməyəcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti