Bakı. Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Əfqanıstanda 4 əməkdaşının həlak olduğunu, 2-nin isə itkin düşdüyünü bəyan edib.
Trend-in məlumatına görə, bu barədə Komitənin "Tvitter"dəki səhifəsində qeyd olunur.
Əməkdaşların Cauzcan vilayətində itkin düşdüyü bildirilir.
"Reuters"in məlumatına görə, hadisənin arxasında İŞİD terror qruplaşması dayanır.