Bakı. Trend:
İndoneziyada aramsız yağan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 13 nəfər həlak olub.
Trend bildirir ki, Bali adasında daşqın 40 min ailəyə təsir göstərib.
Məlumata görə, yağıntı 5 gün davam edib. Regiondakı Sumbava çayının daşması nəticəsində 7 rayon su altında qalıb.