Bakı. Trend:
Kaliforniya hakimiyyəti güclü yağışlar nəticəsində ABŞ-ın ən hündür bəndinin dağılması səbəbindən 188 min nəfərin təxliyə olunmasını tövsiyə edir.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi yerli şerifə istinadən xəbər verir.
Bundan əvvəl 130 min nəfərin müvafiq tövsiyə aldığı deyilirdi.
Qeyd edək ki, Orovill şəhərində güclü yağışlar bənddə əvvəlcə əsas, sonra köməkçi suaşıranın eroziyasına səbəb olub.
Hazırda Orovill gölündə suyun səviyyəsinin azaldılması üçün tədbirlər görülür