...

Rusiya səfirinin qətl anını çəkən fotoqraf mükafatlandırıldı

Dünya xəbərləri Materials 13 Fevral 2017 17:16 (UTC +04:00)
"Associated Press" (AP) Agentliyinin fotoqrafı Burxan Özbilic Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun öldürülən anını kadra aldığına görə "World Press Photo" mükafatına layiq görülüb.
Rusiya səfirinin qətl anını çəkən fotoqraf mükafatlandırıldı

Bakı. Anaxanım Hidayətova - Trend:

"Associated Press" (AP) Agentliyinin fotoqrafı Burxan Özbilic Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun öldürülən anını kadra aldığına görə "World Press Photo" mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, sözügedən foto səfir A.Karlovun ölümünə həsr olunmuş reportajda yayımlanıb.

Qeyd edək ki, Rusiya səfiri A.Karlov yanvarın 10-da sərgi salonunda qətlə yetirilmişdi. Ona güllə atan Mərt Altıntaş isə polisin açdığı atəş nəticəsində zərərsizləşdirilmişdi.

Xəbər lenti

Xəbər lenti