Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi İŞİD terror qruplaşması ilə mübarizə üçün mütəmadi hərbi bölmələrin Suriyaya göndərilməsini tövsiyə edə bilər.
Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, Pentaqon hələki bu qərarı Ağ Evə baxılması üçün təklif etməyib.
CNN telekanalı qeyd edir ki: "bu ABŞ üçün fundamental dəyişiklik olacaq".