Türkiyədə zəlzələ baş verib

Dünya xəbərləri Xəbər 16 Fevral 2017 08:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Çanakkale vilayətində zəlzələ baş verib.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələ 4,6 bal gücündə yerli vaxtla saat 03:19-da qeydə alınıb.

Zəlzələnin episentri Çanakkale vilayətinin Ayvacıq rayonunda, ocağı isə 12,3 kilometr dərinlikdə yerləşib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti