Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp kütləvi informasiya vasitələrini tənqid etməklə çox vaxt itirir. Trend-in məlumatına görə, belə bi rbəyanatla Avstraliyanın Baş naziri Malkolm Törnbull çıxış edib.
Böyük britaniyalı siyasətçi Uinston Çörçillin sitat gətirən avstraliyalı nazir D.Trampı KİV-lərə ayırdığı diqqəti azaltmağa çağırıb: “Böyük siyasətçi Uinston Çörçill bir dəfə demişdi ki, qəzetlərdən şikayət edən siyasətçi dənizdən şikayət edən dənizçi kimidir”.
Qeyd edək ki, D.Tramp tez-tez mətbuatı tənqid edərək onları “saxta” və “müxalif partiya” adlandırır.