Bakı. Trend:
İraqda döyüşən İŞİD terrorçuları kimyəvi silaha malik deyillər.
Trend-in məlumatına görə, bun RİA Novosti-yə müsahibəsində İraq Prezidenti Fuad Məsum deyib.
Dövlət başçısı qeyd edib ki, terrorçularda kimyəvi silahın yalnız ilkin komponentləri var, lakin bu da təhlükəlidir.
F.Məsum bildirib ki, rəsmi Bağdad Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının terrorçularun bu komponentləri haradan əldə etdiklərini öyrənmək üçün araşdırma aparmasına təkid edir:
"Çünki bu cisimlərin və bir sıra prekursorların onların əlinə necə düşdüyü məlum deyil. Bunu araşdırmaq vaxt tələb edir".