...

Partlayış barədə Putinə məlumat verilib

Dünya xəbərləri Materials 3 Aprel 2017 16:34 (UTC +04:00)

Bakı. Trend:

Sankt-Peterburqda baş verən partlayış barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hazırda V.Putin Sankt-Peterburqdadır.

Qeyd edək ki, V.Putin bu gün Sankt-Peterburqda media-forumda iştirak edib. Daha sonra onun belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü planlaşdırılıb.

Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti