...

Donald Tramp Vladimir Putinə başsağlığı vermək üçün zəng edib

Dünya xəbərləri Materials 4 Aprel 2017 05:08 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın Sankt-Peterburq Şəhərində terror aktı ilə əlaqədar başsağlığı vermək üçün zəng edib
Donald Tramp Vladimir Putinə başsağlığı vermək üçün zəng edib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın Sankt-Peterburq Şəhərində terror aktı ilə əlaqədar başsağlığı vermək üçün zəng edib.

Trend-in TASS-a istinadən verdiyi xəbər görə, haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçıları terrorizmlə birgə mübarizə aparmağın zəruri olduğu haqda ümumi fikir bildiriblər.

Peskov deyib: "Donald Tramp Vladimir Putinlə telefon danışığında Sankt-peterburq metrosunda törədilən dəhşətli terror aktı nəticəsində həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib və Rusiya xalqına dəstək sözlərini çatdırmağı Rusiya prezidentindən xahiş etdi".

Peskov əlavə edib ki, Putin göstərilən həmrəyliyə görə amerikalı həmkarına öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti