...

4 komandir istefaya göndərildi

Dünya xəbərləri Materials 24 Aprel 2017 13:04 (UTC +04:00)
Ötən həftə Əfqanıstanın şimalında “Taliban” hərəkatının hərbi bazaya hücumu ilə bağlı ölkə ordusunun 4 korpus komandiri istefaya göndərilib
4 komandir istefaya göndərildi

Bakı. Trend:

Ötən həftə Əfqanıstanın şimalında “Taliban” hərəkatının hərbi bazaya hücumu ilə bağlı ölkə ordusunun 4 korpus komandiri istefaya göndərilib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan prezidentinin mətbuat xidməti Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Qədəm Şah Şahim;n istefa verməsi barədə məlumat yaymışdı.

Xatırladaq ki, “Taliban” hərəkatının bazaya hücumu nəticəsində 150-dən çox adam həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti