Bakı. Trend:
Türkiyənin Samsun şəhərində məscid tikintisi zamanı çökmə olub.
Trend “Milliyet” qəzetinə istinadən xəbər verir ki, hadisənin baş verməsi nəticəsində beton qalıqları altında qalan 4 nəfər fəhlə ölüb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.
Xilasetmə tədbirləri nəticəsində 3 nəfərin həyatını xilas etmək mümkün olub.