Bakı. Trend:
Fransanın paytaxtı Parisdə avtobusun partladılması təhlükəsindən sonra xüsusi əməliyyat keçirilir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 3 gənc şəxs Sen-Marsel bulvarı ilə hərəkət edən avtobusu partladmaq ilə hədələyiblər və yoxlanılmadan keçməkdən imtina ediblər.
Məlumata əsasən, ehtiyat tədbirləri çərçivəsində insident yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ehtimal edilir ki, gənc şəxslərr "kiçik cinayətkarlardır".