...

Bu ölkədə banklar Qətər rialını almağı dayandırıb

Dünya xəbərləri Materials 6 İyun 2017 15:52 (UTC +04:00)
Şri-Lankanın bir sıra bankları Qətər rialını almağı dayandırıb
Bu ölkədə banklar Qətər rialını almağı dayandırıb

Bakı. Trend:

Şri-Lankanın bir sıra bankları Qətər rialını almağı dayandırıb.

Trend-in məlumatına görə, bu addım ötən gün ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi ilə əlaqədar atılıb.

Məlumatda qeyd olunur ki, Şri-Lanka bankları ölkənin Mərkəzi bankının rialla bağlı qərarını gözləyir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub

Xəbər lenti

Xəbər lenti