Bakı. Trend:
Britaniya polisləri Londonda körpüdə baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlayıblar.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, şübhəli şəxs İlford rayonunda saxlanılıb. Hazırda onun evində axtarış keçirilir.
Qeyd edək ki, Londonda iyunun 3-də silsilə terror aktları təşkil olunub. London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub. Baş verən hücumlarda 8 nəfər ölüb, 50 nəfərə yaxın isə xəstəxanaya yerləşdirilib.