...

Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib

Dünya xəbərləri Materials 11 İyun 2017 21:51 (UTC +04:00)
Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas ediblər
Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib

Bakı. Trend:

Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər.

Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Avropaya dəniz yolu ilə 54 min qaçqın keçib. 1,3 min qaçqın dəniz yolu ilə keçməyə cəhd göstərərkən həlak olub və ya itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti